AZ

ABŞ Venesuelaya aid üç neft tankerinə əl qoydu : Siz harada olsanız, tapacaq və dayandıracağıq

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Venesduela dəniz sularında sözügedən ölkənin neftini daşıyan 3 tankeri "həbs edib".

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik katibi Kristi Noem açıqlama verib.

O, ABŞ dəniz qüvvələrinin  ölkə başçısı Trampın əmrinin icrasına uyğun olaraq Venesuela sahillərində üçüncü kommersiya gəmisinə "əl qoyub": "ABŞ sanksiyalarına məruz qalan neft narkoterrorizmin maliyyələşdirilməsi üçün istifadə  olunur.. O səbəbdən bu cür qanunsuz hərəkəti izləməyə davam edəcəyik. Biz sizi harada olsanız, tapacaq və dayandıracağıq"

Müdafiə Naziri Pete Hegseth də oxşar açıqama verib. O, Prezident Nikolas Maduronun liderlik etdiyi Venesuela hökumətinin ABŞ-dan "oğurluq" etdiyini iddia edib: "Bütün Amerika aktivlərini qaytarana qədər davam edəcəyik"

Samir MUSAYEV

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
mia.az

1Mənbələr