AZ

COP29 sonrası strategiya: QHT hədəflərini açıqladı

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva QHT.az-a açıqlamasında təşkilatın 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib.

Onun sözlərinə görə, təşkilat ötən il ərzində ölkə daxilində bir sıra mühüm tədbir və görüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə təşkilatçılığı ilə keçirilən məlumatlandırıcı görüş çərçivəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə səfərlər edilib, bu qurumların fəaliyyəti ilə yaxından tanış olunub:

"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi qrant müsabiqələri iə bağlı infosessiyada iştirak etmişik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə  Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə təşkil olunan Mediaturda iştirak etdik. Sadaladıqlarım Azərbaycan daxilində olan fəaliyyətlərimizdir. Çalışmışıq İctimai Birlik olaraq daim QHT –lərə Dövlət Dəstəyi Agentliyini yaxından izləyək, İctimai Birliklər üçün yaratdığı şəraitdən maksimum faydalanaq.

Bundan əlavə olaraq  “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İcitimai Birliyi olaraq ölkədən kənarda da təlimlərdə iştirak etmişik. 2025-ci il ərzində əməkdaşlarımız Batumidə, Rumıniyada, Kişinyovda, Litvada məişət tullantılarının idarə olunması və utilizasiyası ilə bağlı beynəlxalq təlimlərdə iştirak ediblər, proseslərə qatılıblar. QHT sədri olaraq mən Slovakiyanın Bratislava şəhərində “Azərbaycanda icma əsaslı təşəbbüslərdə resursların səfərbər edilməsi potensialı və bacarıqların inkişafı”, Gürcüstanın Tbilisi şəhərində  “Təşəbbüslərin effektivliyi və davamlılığının əsasları və “Seçilmiş vətəndaş təşəbbüsləri üçün uyğunlaşdırılmış potensialın artırılması” təlimlərində iştirak etmişəm".

QHT sədri həmçinin bildirib ki, COP29-a ev sahibliyi etmiş ölkəyik. Azərbaycan karbon emissiyasının atmosferdə minimuma endirməsi ilə bağlı 2030-cu ilə qədər öz üzərinə ciddi öhdəliklər götürüb, onlar da təşviqedici və maarifləndirici işlərin həyata keçirməsini planlaşdırıblar. 2030-cu ilə qədər bu istiqamətdə strategiyaları mövcuddur. Eyni zamanda, ötən il  2025-ci ildə beynəlxalq platformalarda, müxtəlif ölkələrdən olan tərəfdaşların iştirakı ilə təşkilatın nümayəndələri təlimlərdə iştirak etmiş, məişət tullantılarının idarə olunması ilə bağlı mühüm bilik və təcrübə əldə etmişlər. Bu təcrübələrdən də maksimum fəaliyyətlərində yararlanmağa çalışacaqlarını qeyd edib:

"Hazırda regionlarda məişət tullantılarının idarə olunması və çeşidlənməsi sahəsində çox ciddi problemlər mövcuddur. Ekologiyanın, ətraf mühitin və mülkiyyətin qorunmasına dəstək göstərən İctimai Birlik olaraq, bu istiqamətdə qeyri-hökumət təşkilatları və müvafiq dövlət dəstəyi qurumları ilə sıx əməkdaşlıq edir, müxtəlif təlim və maarifləndirmə proqramlarında fəal iştirak edirik. Gələcəkdə, 2026-cı ildə də regionlarda məişət tullantılarının idarə olunması və çeşidlənməsi sahəsində genişmiqyaslı və məqsədyönlü fəaliyyət həyata keçirməyi planlaşdırırıq. "Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi olaraq bütün yeni əməkdaşlıqlara da hazır olduğumuzu bildirmək istərdim. 2025-ci il bizim üçün uğurlu il olmuşdur. 2026-cı ildə bu fəaliyyətimizi daha da genişləndirmək və Azərbaycanımıza daha faydalı olmaq üçün daha çox çalışmağı hədəfləmişik.

Bütün QHT həmkarlamızı qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibətilə təbrik edirəm! Hər birimizə sülh və firavanlıq arzu edirəm!"

Seçilən
73
qht.az

1Mənbələr