AZ

İtaliyadakı ayılar mutasiyaya uğrayıb və qeyri-adi davranırlar: Elm adamları

İnsanlara yaxınlıq və digər populyasiyalardan təcrid olunma italyan ayılarını uyğunlaşmağa məcbur etdi.

QHT.az xəbər verir ki, İtalyan alimlərinin araşdırmasına görə, Apennin qəhvəyi ayıları digər Avropa populyasiyalarına nisbətən daha az aqressiv davranır. Bu, minilliklər boyu insanlarla yaxın təmas nəticəsində təbii seleksiya ilə baş verib; daha sakit fərdlər sağ qalaraq genlərini ötürə biliblər. Populyasiyada genetik müxtəliflik az olsa da, 17 əsas gen davranış və aqressivliyin azalması ilə bağlıdır. Beləliklə, az saylı və təcrid olunmuş ayılar insan təzyiqinə uyğunlaşaraq “sakitləşmiş” bir populyasiya əmələ gətiriblər. Bu hadisə vəhşi təbiətdə insan təzyiqi altında baş verən təkamülün maraqlı nümunəsi hesab olunur. Digər ölkələrdə, məsələn ABŞ-da şəhər yenotları da insanların yaxınlığına uyğunlaşaraq aqressivlikdə dəyişiklik göstərirlər.

 

R.İmanov

Seçilən
88
qht.az

1Mənbələr