MİNGƏÇEVİR. 22 dekabr. TELEQRAF
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. 1989-cu il təvəllüdlü şəhər sakini Qasımov Ənvərpaşa Ənvər oğlu qarın boşluğu nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Əldə olunan ilkin məlumata görə, hadisə bıçaqlanan şəxsin qeyri-rəsmi sevgi münasibətində olduğu qadınla bağlı yaranan mübahisə zəminində baş verib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.