AZ

Məşhur iş adamı su anbarında boğulub öldü

Məşhur iş adamı Viktor Averin Moskva bölgəsindəki Klyazminskoye su anbarında qayıq gəzintisi zamanı boğularaq ölüb.

Publika.az xəbər verir ki, hadisə şənbə günü axşam vaxtı baş verib. Göyərtəsində altı nəfərin olduğu qayıq aşıb. Beş nəfər xilas ola bilib, biri xəstəxanaya yerləşdirilib və təhlükədən xilas olub.

Averinin cəsədi isə artıq dalğıclar tərəfindən aşkar edilib.

Qeyd edək ki, əvvəllər Viktor Averin və mərhum qardaşı Aleksandr 1990-cı illərin ən nüfuzlu təşkilatlarından biri olan "Solntsev" mütəşəkkil cinayətkar qruplaşması ilə əlaqələndiriliblər.

Seçilən
102
publika.az

1Mənbələr