AZ

ABŞ HHQ-nin qırıcısı Trampın iqamətgahı istiqamətində hərəkət edən təyyarəni saxlayıb

Bakı. Trend:

ABŞ-ın Florida ştatının Palm Biç şəhərində Prezident DonaldTrampın iqamətgahı üzərində uçuşa qadağan edilmiş hava məkanına birtəyyarənin daxil olması səbəbilə ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıtəyyarəsi havaya qaldırılıb.

Trend xəbər verir ki, bubarədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı "X" sosialşəbəkəsində açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarındakomandanlığın "F-16" tipli qırıcı təyyarəsi Florida ştatının PalmBiç şəhəri üzərində uçuş üçün məhdudlaşdırılmış hava məkanına daxilolan hava vasitəsini müəyyən edərək ələ keçirib və vəziyyəttəhlükəsiz şəkildə nəzarət altına alınıb.

Seçilən
116
az.trend.az

1Mənbələr