AZ

Liderlər Aİİ ilə bağlı sənəd imzalayıblar

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin liderləri Sankt-Peterburqda Aİİ İqtisadi Şurasının iclasının yekunları üzrə 18 sənəd, o cümlədən Aİİ-nin 2026-cı il büdcəsi ilə bağlı qərar imzalayıblar.

Reyting.az xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

İmzalanan sənədlər arasında “Ortamüddətli dövrdə Avrasiya İqtisadi İttifaqının əsas tərəfdaşları ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafına yanaşmalar haqqında” qərar da var.

Digər sənədlərə İttifaqın 2026-cı il üçün beynəlxalq fəaliyyətinin əsas istiqamətləri üzrə qərarlar və 2026-2027-ci illər üçün Aİİ-yə üzv ölkələrin makroiqtisadi siyasətinin əsas istiqamətləri daxildir.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
reyting.az

1Mənbələr