AZ

Axios: İsrail ABŞ-ni İranın mümkün hücumu barədə xəbərdar edib...

Təl-Əviv Sepahın raket təlimlərini real zərbəyə hazırlıq kimi qiymətləndirir...

Poliqon xəbər verir ki, İsrail hərbi kəşfiyyat kanalları vasitəsilə ABŞ prezidenti administrasiyasını İranın Sepah tərəfindən keçirilən genişmiqyaslı raket təlimlərinin mümkün real hücum üçün örtük ola biləcəyi barədə xəbərdar edib. Bu barədə Axios nəşri İsrail və ABŞ-dən olan mənbələrə istinadla yazıb.

Mənbələrin bildirdiyinə görə, dekabrın 20-də İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuperlə telefon danışığı aparıb. Ardınca dekabrın 21-də Təl-Əvivdə keçirilən görüşdə Zamir İran raketlərinin yerdəyişməsinin hücuma hazırlıq ola biləcəyini vurğulayıb və mümkün təhlükə fonunda müdafiə tədbirlərinin koordinasiyasına çağırıb.

Axios-un israilli mənbələrindən biri ehtimal olunan hücumun başvermə riskini 50 faizdən aşağı qiymətləndirsə də, qeyd olunur ki, 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra Yerusəlimdə riskə dözümlülük səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb. ABŞ kəşfiyyatı isə nəşrin amerikalı mənbəsinə görə, hazırda İran tərəfindən qaçılmaz hücumun baş verəcəyinə dair konkret əlamətlər müşahidə etmir.

Poliqon.info

Seçilən
77
poliqon.info

1Mənbələr