AZ

“Konkret nəsə səbəb deyə bilmirəm, bəzən alınır, bəzən yox”

“Hücum xəttində lazımi dərəcədə effektli deyildik, bu səbəbdən də xal itkisi ilə üzləşdik.

Təbii ki, qol vura bilsəydik, qalib gələrdik. Təəssüf ki, alınmadı. Nəticədə ilin son oyununda xal itkisi ilə üzləşdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin hücumçusu Leroy Mikels Premyer Liqanın 16-cı turunda “İmişli”yə qarşı keçirdikləri oyun (0:0) barədə danışarkən deyib.

Almaniyalı ilk dövrədə olduğu kimi, ikinci dövrədə də “İmişli” ilə matçda xal itirmələrinin səbəbini göstərməkdə çətinlik çəkib:

“Konkret nəsə səbəb deyə bilmirəm. Futboldur, bəzən alınır, bəzən yox.

Təbii ki, müdafiə xəttinə daha çox diqqət ayıran komandalarla görüşlərdə çox qol vəziyyəti yaratmaq olmur.

Amma ümumilikdə biz cəhdlərimizi etdik. Sadəcə, matç boyu rəqibin arxa xəttini yarmaq cəhdlərimiz nəticəsiz qaldı”.

Seçilən
52
sportinfo.az

1Mənbələr