AZ

Səhiyyə Nazirliyinin mövsümi xəstəliklərlə bağlı əhaliyə müraciət edib

BakI. Trend:

Son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkəərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədənqripin yayılmasında mövsümi artım müşahidə olunur. Hava şəraitinindəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi vəimmun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasınaşərait yaradır.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda əhali arasında ən çox rast gəlinən kəskinrespirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək,boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiətolunur. Risk qrupuna daxil olan şəxslər – yaşlılar, xronikixəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalardaha ağır fəsadlara səbəb ola bilər.

Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədəprofilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır.Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əksepidemik tədbirləringücləndirilməsi məqsədilə qrip əleyhinə “Sanofi Pasteur” (Fransa)şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətlivaksin preparatları ölkəyə gətirilib.

Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaltmaqlayanaşı, xəstəliyin ağır keçməsinin və ağırlaşmaların qarşısınınalınmasında effektiv vasitə hesab olunur.
Bununla yanaşı, vətəndaşlara şəxsi gigiyena qaydalarına riayətetmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbimaskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqdaevdə qalmaq və özünümüalicədən çəkinərək vaxtında həkimə müraciətetmək tövsiyə olunur.

Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərəyoluxma hallarının azaldılması məqsədilə Səhiyyə Nazirliyivətəndaşları məsuliyyətli davranmağa, xüsusilə risk qruplarınadaxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağaçağırır.

Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir, yaşayışvə ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərəndövlət tibb müəssisələrində aparılır.

Məqalədə:
Seçilən
74
41
az.trend.az

10Mənbələr