AZ

“Şamaxı” oynadı, “Araz Naxçıvan” qazandı

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Araz-Naxçıvan” Premyer Liqanın XVI turunda “Şamaxı”nı məğlub edib – 2:0. Naxçıvan təmsilçisi ikinci hissədə vurduğu qollarla aktivinə üç xal yazdırıb, ili pozitiv notlarla başa vurub.

Son dönəmlərdəki qeyri-stabil nəticələrlə diqqət çəkən “Araz-Naxçıvan”da bu matçda məğlubiyyət olacağı halda, baş məşqçi Elmar Baxşıyevlə vidalaşılacağı ehtimal edilirdi. Mütəxəssislə klubun idman direktoru Ceyhun Sultanov arasında “soyuq küləklər” əsir və məğlubiyyətin Baxşıyevin komandadakı son nəticə olacağı güman olunurdu.

“Araz-Naxçıvan” mövsümə yaxşı başlasa da, ardıcıl xal itkiləri komandanı “beşlik”dən kənara salıb. 26 xalla turnir cədvəlində 6-cı sırada qərarlaşan naxçıvanlılar avrokubok zonasından bir xal geridədir. Ümumi olaraq nəticələr qənaətbəxş hesab edilə bilər.

“Şamaxı” isə məğlub olmasına baxmayaraq, daha üstün, daha çox qol imkanı yaradan tərəf idi. Hər iki hissədə real fürsətləri olan “şirlər” son zərbələrdə dəqiq ola bilmədi. Edqar Ədilxanov, Kərim Rossi hərəyə bir neçə dəfə 100 faizlik epizodlardan yararlana bilmədi. İkinci hissədə buraxılan qoldan sonra daha yaxşı hücumlar edən “Şamaxı” ikinci qola qədər olan periodda 2-3 şansını boşa verdi. Əvəzində sürətli əks-hücumdan fərqlənən “Araz-Naxçıvan” ikinci qolu vurdu və ili qələbə ilə başa vurdu.

“Şamaxı” oyun baxımından artırıb. Ayxan Abbasovun yetirmələrinin aktivində 20 xal var və autsayder “Karvan-Yevlax”ı 14, 11-ci “Qəbələ”ni isə 11 xal qabaqlayırlar. “Şamaxı”nın elitadakı yerini təmin etdiyini demək olar. Bölgə klubunun qarşıdakı turlarda bu fərqin qapanmasına imkan verməsi real görünmür. Xüsusilə ev oyunlarında nəticəyə oynamağı bacaran “Şamaxı” minimum hədəfə çatdı, indi məqsəd daha üst sıralarda yer almaq olacaq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
futbolpress.az

1Mənbələr