Müğənni Rəqsanə İsmayılovanın özü kimi müğənni olan qızı Aysun İsmayılova polisə müraciət edib.
“Yeni Sabah”ın xəbərinə görə, o, barəsində yalan məlumatlar yayıldığını bildirib və onların cəzalandırılmasını istəyib:
“Bu gün mənimlə bağlı yalan məlumat paylaşılmışdı və bir çox səhifələr də bunu təkrarlamışdı. Artıq neçənci dəfədir ki, belə halla rastlaşdığımız üçün polisə müraciət etdik və qanun çərçivəsində həmin paylaşımlar silindi”.
A.İsmayılova barəsində yalan məlumat yayanları hədələyib:
“Mənim şəxsi həyatımla bağlı yalan xəbər yazan hər kəs cəzasını çəkəcək. Nəyisə eşidəndə mənədən soruşun sonra paylaşın. Şəxsi həyatımla məni vurmayın. Əvvəlki Aysun yoxdur artıq. Burnunuzu niyə hər yerə soxursunuz? Çox uzundursa, mən əməliyyat etdirim. Mən pis günümü də, yaxşı günümü də xalqın qarşısında yaşayıram. Qorxacaq heç nəyim yoxdur. Öz işinizlə məşğul olun”.
Aydan Hacı
Telegram kanalımız