AZ

Şəkidə canavarın hücumuna məruz qalan şəxslərin durumu açıqlandı

Şəki Rayon Mərkəzi Xəstəxanasının məlumat:

21.12.2025-ci il tarixində saat 22:50 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbilə 5 nəfər (3 kişi, 2 qadın) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.


Telegram kanalımız
Seçilən
77
6
yenisabah.az

10Mənbələr