Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İsrayıl Fərəclinin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, hadisə 11 dekabr 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi yerləşən nömrəsiz fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, İsrayıl Fərəcli ona məxsus “Tefal” markalı çaynikin kabelini özünün kəsməsi ilə bağlı zərərçəkmiş Çingiz Qurbanovun (soyadı şərtidir) irad bildirməsini bəhanə edərək, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq-aşkar etinasızlıq göstərib.
Müəyyən edilib ki, təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərində olan mətbəx bıçağı ilə Çingizə qəsdən çoxsaylı zərbələr endirib.
Hadisə nəticəsində zərərçəkmiş şəxsə sifətin sol yarısı, sol said və sağ bud nahiyələrində nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, sol said və sol bud nahiyələrində kəsilmiş yaralar yetirilib. Bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Bununla yanaşı, İsrailə endirdiyi bıçaq zərbələri nəticəsində zərərçəkmiş şəxsin qarın nahiyəsinə nüfuz edən üç ədəd ağır xəsarət yetirilib.
Məhkəmə iclasında dindirilən İsrayıl Fərəcli elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, Kürdəxanı qəsəbəsində ət satışı ilə məşğul olan Qədim adlı şəxsə məxsus evdə yaşayır. Qədim kəsmək üçün iri buynuzlu heyvanlar alaraq həmin evin həyətində saxlayır, o da, heyvanlara gözətçilik edir. Zərərçəkmiş şəxs isə tutulmamışdan təxminən 4 ay qabaqdan tanıyıb. Çingiz də Qədirin işçisi olub və heyvanları yemləyirmiş.
Kamal Məmmədov