Məşhur aktyor HİV daşıdığını AÇIQLADI
Ajans.az xəbər verir ki, qərarı könüllü şəkildə və öz vaxtında verib: “Bu gün mən bu xoşagəlməz və ağrılı sükutu pozuram”. Onun sözlərinə görə, bu addımı ilk növbədə özü üçün atıb, lakin açıqlamasının başqalarına da dəstək ola biləcəyinə ümid edir. Aktyor HİV ilə yaşamağın cəmiyyətdə hələ də mövcud olan damğalanma problemi ilə müşayiət olunduğuna diqqət çəkib. Açıqlamanın davamı olaraq, Kazanova 2026-cı ildə kinoteatrlarda onun şəxsi təcrübəsindən bəhs edən sənədli filmin nümayiş olunacağını da bildirib. Məşhur jurnalist Jordi Évole tərəfindən hazırlanan sənədli filmdə HİV ilə yaşama prosesi Kazanovanın hekayəsi üzərindən təqdim ediləcək. Aktyor həmçinin son layihəsi olan “Silencio” serialında cəmiyyətdə HİV və qərəz mövzularına toxunduğunu, bu cür layihələrin HİV ilə yaşayan insanların görünürlüyünü artırmağa xidmət etdiyini vurğulayıb. Eduardo Kazanovanın paylaşdığı mesajda deyilir: “Bu gün, uzun illərdən sonra, son dərəcə narahatedici və ağrılı bir sükutu pozuram. Bu, HİV ilə yaşayan bir çox insanı gizlədən və onlara ağrı verən sükutdur.
Bunu istədiyim zaman və bacardığım anda edirəm.
Bunu özüm üçün edirəm, amma ümid edirəm ki, başqalarına da faydası olar.
Bunu öz yolumla — ünsiyyət və kino vasitəsilə edirəm.”