
FHN-in Xırdalanda operativ xilasetmə əməliyyatı – 3 nəfər xəstəxanaya yerləşdirildi. Ulusum.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat verib.Xırdalan şəhərində yaşayış binasında baş verən hadisə dəhşətə gətirdi. FHN-in “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Məmməd Əmin Rəsulzadə küçəsindəki mənzildə ailə üzvləri qapı arxasında köməksiz vəziyyətdə qalıb.Hadisə yerinə cəlb olunan FHN xilasediciləri mənzilin qapısını xüsusi vasitələrlə açaraq içəri daxil olublar. 1940, 1979 və 2013-cü il təvəllüdlü üç nəfər huşsuz vəziyyətdə aşkarlanıb. İlkin ehtimala görə, hadisəyə dəm qazı səbəb olub.Zərərçəkənlərə dərhal ilkin tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.
Diqqət Çəkənlər
Azərbaycan–Özbəkistan rəssamlarının dostluq sərgisi
"Sevginin vətəni yoxdur" tamaşası teatrsevərlərlə görüşdü
Yaşla bağlı əzələ zəifliyinin qarşısını alan zülal kəşf edildi