AZ

“Neftçi”nin futbolçusuna ölkəxaricindən təklif var – Danışıqlar davam edir

“Neftçi”nin gənc futbolçusu karyerasını ölkəxaricində davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Murad Məmmədovdan gedir. 20 yaşlı futbolçuya Polşa klubundan maraq var. Sözügedən ölkənin əsas liqa komandalarından biri Məmmədovu heyətinə qatmaq niyyətindədir.

U-21 millimizin üzvünə yerli klublardan da maraq var. Ancaq o, karyerasını ölkəxaricində davam etdirmək istəyir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

19 yaşlı futbolçu cari mövsüm “Neftçi” forması ilə bütün turnilərdə 8 matçda forma geyinib, bir qol vurub və eyni sayda assist edib.

Həsən Quluzadə

Seçilən
19
idmanxeber.az

1Mənbələr