AZ

"Şampan şərabı ilə dolu qədəhin kənarını sıxıram..." - Bekket Coysla Danteni necə müqayisə edirdi?

Dünya şöhrətli irland yazıçısı, şairi və dramaturqu Samuel Bekket 13 aprel 1906-cı ildə Dublində (Birləşmiş Krallıq, İrlandiya) anadan olub. S.Bekket dünya ədəbiyyatı tarixində daha çox absurd teatrının yaradıcısı kimi (Ejen İonesku ilə birgə) yaşayır. Ona ən böyük şöhrəti gətirən əsəri isə dünya dramaturgiyasının incilərindən biri olan"Qodonun intizarında" pyesidir. Dramaturqun "Xoşbəxt günlər", "Endşpil", "Kül", "Kreppin son lent yazısı", "Bütün yıxılanlar haqqında" və s. pyesləri dünya teatrlarının səhnələrində tamaşaya qoyulub, televiziya və radio dalğalarında səsləndirilib.

S.Bekket 1969-cu ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Mükafat dramaturqa "nəsr və poeziya sahələrində müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə" verilib. Müəllif əsərlərini əsasən, ingilis və fransız dillərində yazıb. Dünya şöhrətli yazıçı 1989-cu ildə Fransanın paytaxtı Parisdə vəfat edib.

Ötən əsrin iyirminci illərində Bekket Parisdə Coysla tanış olmuş və bu tanışlıqdan sonra ədəbi katibi olaraq, "Finneqanın xeyratı" mətni üzərində işləməkdə ona kömək etmişdi.

Samuel Bekket

Seçilən
50
kulis.az

1Mənbələr