AZ

ABŞ Ermənistandakı səfirini geri çağırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası dünyanın təxminən 30 ölkəsindən səfirləri və yüksək vəzifəli diplomatları geri çağırmaq qərarına gəlib.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan iki rəsmisi məlumat yayıb.

Bildirilib ki, bu səfirlər arasında ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn də var.

Mənbənin sözlərinə görə, ötən həftə 29 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərlərinə səlahiyyət müddətlərinin 2026-cı ilin yanvarında başa çatacağı barədə məlumat verilib. Bu diplomatların hamısı vəzifələrini ABŞ-nin sabiq Prezidenti Co Baydenin dövründə alıblar.

Qeyd olunub ki, Tramp bu addımla xaricdə onun siyasi prioritetlərini tam dəstəkləyən diplomatlara sahib olmaq istəyir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr