AZ

Səudiyyə Ərəbistanında bu il rekord sayda insanı edam edilib

Səudiyyə Ərəbistanında ardıcıl ikinci ildir ki, rekord sayda insanı edam edilib.

AzPost bildirir ki, bu barədə ölkədə edamları izləyən və bir neçə ölüm hökmü icra edən məhbusu təmsil edən Britaniya insan haqları təşkilatı Reprieve-in məlumat yayıb. Məlumata görə, bu il ən azı 347 nəfər edam edilib. 2024-cü ildə isə bu rəqəm 345 nəfər olub.

Reprieve-in məlumatına görə, bu, krallıqda monitorinqin başlamasından bəri ən qanlı il olub.

Ən son narkotiklə əlaqəli cinayətlərdə ittiham olunan iki Pakistan vətəndaşı edam edilib.

Bu il edam edilən digər şəxslər arasında bir jurnalist və etirazlar aksiyalarında iştirak etmiş iki gənc olub. Bu şəxslərin etirazlarda iştirak zamanı uşaq olduqları qeyd olunub. Edam edilənlərdən beşi qadındır.

Reprieve-in qeyd etdiyi kimi edam cəzasına əhkum edilənlərin əksəriyyəti – təxminən üçdə ikisi – BMT-nin “beynəlxalq norma və standartlara zidd” hesab etdiyi və insan itkisinə səbəb olmayan narkotiklə əlaqəli cinayətlərdə ittiham olunub.

Edam edilənlərin yarıdan çoxu xarici vətəndaşlar olub. Narkotiklərə qarşı elan olunmuş müharibənin bir hissəsi olaraq ölüm cəzasına məhkum ediliblər.

Səudiyyə hakimiyyəti BBC-nin edamların artması ilə bağlı şərh istəyinə cavab verməyib.

AzPost.az

Seçilən
86
1
azpost.info

2Mənbələr