AZ

USACC Tramp Marşrutu üzrə dəyirmi masa keçirib (FOTO)

Bakı. Trend:

Amerika–Azərbaycan Ticarət Palatası (United States–AzerbaijanChamber of Commerce – USACC) Beynəlxalq Sülh və Rifah naminə TrampMarşrutuna (Trump Route for International Peace and Prosperity –TRIPP) həsr olunmuş yüksək səviyyəli dəyirmi masa təşkil edib.

Trend bu barədəUSACC-yə istinadən məlumat verir.

Tədbirdə TRIPP-in ABŞ-nin Mərkəzi Avrasiya üzrə yenilənmişstrateji əməkdaşlığının əsas elementlərindən biri kimi roluvurğulanıb.

Müzakirələrdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrininsəfirləri, ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri, eləcə dəözəl sektorun liderləri iştirak ediblər. İştirakçılar TRIPP-ininfrastrukturun sürətlə inkişafına töhfə verməsi, regionaləlaqəliliyin gücləndirilməsi və Orta Dəhliz boyunca ABŞ-nindayanıqlı iqtisadi mövcudluğunun formalaşdırılması baxımındanimkanlarını müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin sülh missiyaları üzrə xüsusi elçisiVinay Çavlanın sözlərinə görə, ABŞ-nin vasitəçiliyi ilə Azərbaycanvə Ermənistan arasında sülh sazişinin mətninin paraflanması tarixiimkan pəncərəsi açıb.

“TRIPP təşəbbüsü tranzit marşrutu ümumi rifahın hərəkətvericiqüvvəsinə çevirərək bu sülhü möhkəmləndirməyin yoludur”, – deyə obildirib.

Onun sözlərinə görə, Amerika şirkətləri və kapitalı bu baxışınayrılmaz hissəsidir və ABŞ-nin hazırkı administrasiyası onlarıntəşəbbüsün həyata keçirilməsində tamhüquqlu iştirakını təmin etməkniyyətindədir.

İştirakçılar vurğulayıblar ki, TRIPP təşəbbüsü dövlət–özəltərəfdaşlıq modelinə, biznesyönümlü yanaşmaya və uzunmüddətlikommersiya dayanıqlığına fokuslanan regional əlaqəliliklayihələrinin yeni nəslini təmsil edir.

Sessiyanı açan USACC-nin icraçı direktoru Natiq Baxışov qeydedib ki, TRIPP ənənəvi tranzit anlayışından kənara çıxaraqinfrastruktur investisiyalarını, tənzimləyici koordinasiyanı vəözəl sektorun iştirakını vahid strateji konsepsiya çərçivəsindəbirləşdirir. Onun sözlərinə görə, TRIPP ABŞ-nin Cənubi Qafqaz vəMərkəzi Asiya ölkələri ilə yenilənmiş qarşılıqlı fəaliyyətinmüəyyənləşdirici elementi olub və on ildən artıq müddətdə ilk dəfəregional inteqrasiya və əlaqəlilik sahəsində bazar həlləri təklifedib.

Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, QırğızRespublikası, Türkmənistan və Özbəkistandan olan səfirlər və yüksəksəviyyəli diplomatlar TRIPP təşəbbüsünün inkişaf strategiyalarınınecə tamamlayacağı, transsərhəd sinerjiləri necə üzə çıxaracağı vəregional tranzit marşrutlarının rəqabət qabiliyyətini necəartıracağı barədə baxışlarını bölüşüblər.

“Avqust sammiti regional sülh prosesinin inkişafında tarixi roloynadı”, – deyə Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahimbildirib.

“Əlaqəlilik və əməkdaşlıq prinsipləri Türkiyə, Gürcüstan vəMərkəzi Asiya ölkələri ilə möhkəm tərəfdaşlıq əlaqələri quraraqgələcək inkişaf üçün etibarlı platforma yaratmış Azərbaycantərəfindən uzun illərdir təşviq olunur. Bu impuls realdır və çevikhərəkət etmək lazımdır. TRIPP-in Orta Dəhlizin əsas komponenti kimiuğurunun təmin edilməsi son dərəcə vacibdir”, – deyə səfirvurğulayıb.

“Prezident Trampın liderliyi sayəsində sülh üçün bu təkanıyaratmağa və TRIPP-i regional strategiyamızın əsas elementinəçevirməyə nail olduq. ABŞ-ın iştirakı bu təşəbbüsü Cənubi Qafqaz,Mərkəzi Asiya və digər regionlar üçün real faydalara çevirəcək.Azərbaycanlı həmkarlarımızla konstruktiv qarşlıqlı fəaliyyəti vəmüzakirələrin artıq konkret inkişaf layihələrinə doğruirəliləməsini alqışlayıram. Belə praktik əməkdaşlıq formatı realiqtisadi və sosial nəticələrin əldə olunması üçün son dərəcəvacibdir”, – deyə ABŞ-dakı Ermənistan səfiri Narek Mkrtçyanbildirib.

Müzakirələr zamanı ABŞ-nin Beynəlxalq İnkişaf MaliyyəKorporasiyası (DFC) daxil olmaqla Amerika institutlarınınlayihələrin maliyyələşdirilməsinin dəstəklənməsində, ticarətinasanlaşdırılmasında və investisiya risklərinin azaldılmasında roluda diqqətə çatdırılıb. “Google”, “Bechtel” və “Tetra Tech”şirkətləri də daxil olmaqla özəl sektor nümayəndələri və regionalticarət assosiasiyaları sahə üzrə baxışlarını bölüşərək TRIPP vəəlaqəli regional təşəbbüslərin açdığı ticarət və investisiyaimkanlarına Amerika şirkətlərinin artan marağını qeyd ediblər.

“Dəyirmi masa” TRIPP-in ABŞ-nin strateji prioritetləriniregional iqtisadi inteqrasiya prosesləri ilə uzlaşdırmaq üçünunikal platforma təqdim etməsi, Cənubi Qafqaz və Mərkəzi Asiya üçünmiqyaslana bilən və kommersiya baxımından həyat qabiliyyətliəlaqəlilik modeli təklif etməsi barədə ümumi qiymətləndirmə iləyekunlaşıb. USACC TRIPP-in uğurla həyata keçirilməsini vəuzunmüddətli təsirinin təmin olunmasını dəstəkləmək məqsədiləhökumətlər, ABŞ qurumları və özəl sektor arasında dialoquntəşviqinə sadiqliyini bir daha təsdiqləyib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycanarasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqındasaziş paraflanıb. Elə həmin gün Azərbaycan, Ermənistan və ABŞliderləri TRIPP layihəsini də nəzərdə tutan birgə bəyannaməimzalayıblar.

USACC
USACC
USACC
Məqalədə:
Seçilən
81
2
az.trend.az

3Mənbələr