AZ

Rumıniya prezidenti Avropa liderlərini ləngqərar qəbul etməkdə günahlandırıb

Nikuşor Dan hesab edir ki, Avropa İttifaqında müzakirələr çox uzun çəkir...

Poliqon xəbər verir ki, Rumıniya prezidenti Nikuşor Dan Avropa ölkələrinin liderlərinin qərar qəbul etmə prosesində zəiflik göstərdiyini və bunun çox vaxt çəkdiyini bildirib. Rumıniya prezidenti Politico qəzetinə verdiyi müsahibədə qeyd edib ki, Avropa İttifaqının (Aİ) üzv dövlətləri Ukraynaya maliyyə yardımı məsələsində razılığa gəlmək üçün aylarla müzakirələr aparmalı olublar.

Prezidentin sözlərinə görə, qərar nəticədə qəbul edilsə də, Aİ sammitlərindəki debatların çox uzun sürməsi problemli haldır. “Avropa qərar qəbul etməkdə bəzən həddindən artıq ləng olur”, deyə Nikuşor Dan vurğulayıb.

Poliqon.info

Seçilən
85
poliqon.info

1Mənbələr