AZ

Nazir müavininin dedikləri qıcıq doğurdu 7 İLDİR Kİ, NƏ İŞLƏ MƏŞĞULSUNUZ?

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kənd təsərrüfatı nazirinin müavin İlhamə Qədimovanın Milli Məclisdəki çıxışı birmınalı qarşılanmayıb.

Belə ki, nazir müavini deputatlar qarşısında bildirib ki, kənd təsərrüfatı sahəsində kadrlar tapa bilmirlər.

 “Bildiyimiz kimi, yaşlanan kadrların sıradan çıxması ilə bizdə bir açıq yaranır. Açıq isə, ali təhsilin müddətini nəzərə alsaq, bir ilə qapana bilmir. Yəni, dörd illik ali təhsilə çoxlu tələbə gəlməlidir ki, siz o açığı bağlayasınız və bu bilirsiniz ki, qeyri-mümkündür”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Gununsesi.info-ya nazir müavininin dedikləriniu şərh edib.

Vahid Məhərrəmovun sözlərinə görə, İlhamə Qədimovanın özü də bu sahənin mütəxəssisi deyil: “O, ixtisasca hüquqşünasdır. Nazirliyin yeni komandası  7 ildir ki, çalışır. Mənə maraqlı olan budur ki, bu sözləri deyərkən deputatlardan kimsə reaksiya verməyib.

 Biri qalxıb deməyib ki, 7 ildə minlərlə mütəxəssislər hazırlamaq olardı, niyə hazırlamamısınız, yaxud, bu  7 ildə konkret olaraq nə işlə məşğul olmusunuz? Kənd təsərrüfatında naşı olsalar da, sözlə manipulyasiya etməyi, vəziyyətdən çıxmağı, gözə kül üfürməyi yaxşı bacarırlar”.

Firuzə Mahmudova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
2
icma.az

3Mənbələr