AZ

Paytaxtın intensiv yollarında piyadaların təhlükəsizliyi gücləndirildi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt yollarında piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə monitorinqlər davam etdirilir.

Aparılan müşahidələr əsasında nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazilərdə yeni piyada svetoforlarının quraşdırılması həyata keçirilir. Növbəti tədbirlər Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, eləcə də Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyov və Xaqani küçələri ilə kəsişməsində görülüb.

Belə ki, Həsən bəy Zərdabi prospektində iki dirək üzərində müasir tipli düyməli piyada svetoforları quraşdırılıb. Səbail rayonunda isə Bülbül prospektinin qeyd olunan kəsişməsində yeni nəsil LED işıqlandırma ilə təchiz olunan piyada svetoforları istifadəyə verilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər mərhələli şəkildə davam etdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
10
avtosfer.az

10Mənbələr