AZ

Azərbaycan QHT-si BMT-nin növbəti beynəlxalq konvensiyasında təmsil olunacaq

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında təşkilatın yubiley ili çərçivəsində mühüm uğur qazandığını bildirib.

Onun sözlərinə görə, təşkilat Birləşmiş Millətlər Təşkilatının növbəti beynəlxalq qurumuna üzvlük hüququ əldə edib. Belə ki, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi BMT-nin Şəhərsalmaya qarşı Mübarizə Konvensiyasına akkreditasiya olunub:

"Bu nailiyyət təşkilat üçün mühüm uğur hesab olunur və qarşıdakı dövrdə beynəlxalq fəaliyyətin genişləndirilməsinə yeni imkanlar yaradır. 2026-cı ildə keçiriləcək Dünya Şəhərsalma Forumu ilə əlaqədar olaraq təşkilat bir sıra tədbirlər planlaşdırır və həmin tədbirlər şəhərsalma mövzusuna həsr olunacaq. 2026-cı ildə də Qərbi Azərbaycan mövzusu təşkilatın fəaliyyətində prioritet olaraq qalacaq. Ölkə Prezidenti Milli Elmlər Akademiyasında çıxışı zamanı sülhə doğru addımlar atılmaqla yanaşı, milli dəyərlərin qorunmasının vacibliyini xüsusi vurğulayıb və Qərbi Azərbaycan mövzusunda sistemli işlərin aparılmasının əhəmiyyətini qeyd edib. Bu çağırışları əsas götürərək, təşkilat 2026-cı ildə milli dəyərlərin qorunması, Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin bərpası və bu istiqamətdə ictimai maarifləndirmə işlərinin aparılmasını planlaşdırır".

QHT sədrinin sözlərinə görə, qarşıdakı dövrdə əhali arasında təbliğat, məlumatlandırma və digər zəruri fəaliyyətlər davam etdiriləcək.

 

Pərvanə Fərhadqızı

Seçilən
20
qht.az

1Mənbələr