Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ələkbər Əliyev 22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində anadan olub.
Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Son döyüşü 7 avqust 1992-ci ildə Laçının Suarası kəndində olub, qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli Fərmanına əsasən, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Ruhu şad olsun!