Dünyada artan münaqişələrin, iqtisadi dalğalanmaların və siyasi gərginliyin olduğu bir dövrdə 2025-ci il üçün ən təhlükəli ölkələrin siyahısı yenidən formalaşdırılıb.
Hafta.az yazır ki, Global Guardian tərəfindən dərc edilən son hesabatda sosial iğtişaşlardan terror fəaliyyətlərinə, iqtisadi zəifliklərdən dövlət qeyri-sabitliyinə qədər geniş miqyasda təhlükəsizlik riskləri araşdırılır və ölkələr risk səviyyələrinə görə sıralanır.
Son hesabatlar göstərir ki, bəzi ölkələr hazırda yalnız siyasi qeyri-sabitliklə deyil, həm də daxili münaqişələr, terror təhdidləri və sosial iğtişaşlarla mübarizə aparırlar. Siyahının başında olan ölkələr dünyanın demək olar ki, ən kövrək və riskli yerləri kimi seçilir.
Ən təhlükəli hesab edilən 20 ölkənin siyahısı aşağıdakı kimidir:
20. İran, 19. Nigeriya, 18. Pakistan, 17. Fələstin, 16. İraq, 15. Şimali Koreya, 14. Mərkəzi Afrika Respublikası, 13. Somali, 12. Burkina Faso, 11. Myanma, 10. Mali, 9. İsrail, 8. Cənubi Sudan, 7. Suriya, 6. Əfqanıstan, 5. Yəmən, 4. Konqo, 3. Sudan, 2. Ukrayna, 1. Rusiya.