ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ermənistan mediası ölkə parlamentinin sədri Alen Simonyanın 6 oktyabr 2020-ci il tarixli çıxışını yayıb.
Globalinfo.az xəbər verir ki, o, sözügedən çıxışında müharibədə qalib gələcəklərini iddia edib.
Ermənistan KİV yazır ki, müharibənin ağır günlərində Simonyan rəsmi Bakının tezliklə atəşkəs istəyəcəyini deyib:
“O, Milli Məclisin yüksək kürsüsündən bəyan edirdi ki, Azərbaycan heç bir üstünlük əldə etməyib, əsgərlərini ətçəkən maşına göndərir. Əmin idi ki, azərbaycanlılar “artsax”dan yeni atəşkəs istəyəcəklər”.
Bununla belə, erməni mediası həmin vaxt reallığın fərqli olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin bir neçə istiqamətində “müdafiə xətti”ni yardığını vurğulayıb.
Bu həmin dönəm idi ki, Azərbaycan Ordusu artıq Cəbrayıl şəhərini və başqa əraziləri işğaldan azad etmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.