AZ

Krasnodar diyarında dronlar iki gəmiyə və bir boru kəmərinə hücum edib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

22 dekabr gecəsi Rusiyanın Krasnodar diyarında naməlum dronlar bir körpüyə və bir boru kəmərinə hücum edib.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli ictimai qruplar regional əməliyyat qrupuna istinadən məlumat veriblər.

"Temryuk rayonunun Volna kəndində iki körpü və iki gəmi dron hücumları nəticəsində zədələnib.

Gəmilərdə olanların hamısı təxliyə edilib. Sahildəki heyət və ya personal arasında xəsarət alan olmayıb. Körpülərə dəyən ziyan nəticəsində 1000-1500 kvadrat metr arasında yanğınlar baş verib", - deyə açıqlamada bildirilir.

Həmçinin qeyd edilib ki, dron qalıqları Volna kəndindəki terminallardan birində boru kəmərinə zərər vurub və yanğına səbəb olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində müxtəlif bölgələrdə ümumilikdə təxminən 35 dron buraxılıb. Onlardan altısı ilhaq edilmiş Krıma hücum edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
bizimyol.info

1Mənbələr