AZ

Ueyn Runi Harri Keyndən sonra İngiltərə millisində kimi kapitan görür?

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Mançester Yunayted" və İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runinin fikrincə, "Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays "Bavariya"nın hücumçusu Harri Keynin gedişindən sonra millinin kapitanı olacaq. Veteran futbolçu bununla bağlı "BBC Sport"a açıqlama verib:

"Məncə, Rays Harri Keynin varisi olacaq. Mənim üçün o, Keyni əvəz edəcək şəxs olmalıdır. Onun xarakteri və liderlik keyfiyyətləri var. Onu tanıyan və onunla işləyən hər kəs Deklana böyük hörmətlə yanaşır. O, İngiltərə komandası üçün əvəzolunmazdır".

Qeyd edək ki, 26 yaşlı futbolçu cari mövsümdə "Arsenal"ın heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
sport24.az

1Mənbələr