AZ

Rusiyadakı partlayışda general həlak oldu: Ukrayna kəşfiyyatının işidir?

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada baş verən avtomobil partlayışı nəticəsində həlak olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi bəyanat yayıb.

"Dekabrın 22-si səhər saatlarında Moskvanın Yasenyeva küçəsində avtomobilin altında quraşdırılmışəldəqayırma partlayıcı qurğu işə düşüb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb", - bəyanatda qeyd olunub.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun “RİA Novosti” agentliyinə verdiyi məlumata görə , hərbçinin qətli ilə bağlı cinayət işi açılıb.

Onun sözlərinə görə, müstəntiqlər qətlin müxtəlif versiyaları üzərində işləyirlər.

Seçilən
46
publika.az

1Mənbələr