AZ

Pirotexniki vasitə yeniyetmənin əlindəPARTLADI

Rusiyanın Saratov şəhərində yeniyetmə pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarət alıb. Hadisə zamanı oğlanın əlini demək olar ki, qopub

Redaktor.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.

Məlumata görə, azyaşlı yaşadığı binanın həyətində pirotexniki vasitə tapıb. Partlayıcı qurğu yeniyetmənin əlində partlayıb və nəticədə o, əlindən ciddi xəsarət alıb. Zərərçəkən təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndiriblər.

Travmatoloqlar bir neçə saat ərzində yeniyetmənin əlində cərrahi əməliyyat aparıblar. Əməliyyat uğurla başa çatıb və həkimlər yeniyetmənin əlini xilas edə biliblər. Hazırda o, həkimlərin nəzarəti altındadır və onu uzunmüddətli reabilitasiya prosesi gözləyir.

Nuriyyə NATİQQIZI

Seçilən
34
redaktor.az

1Mənbələr