AZ

Moskvada generalın avtomobilini partlatdılar - Müharibəyə rəhbərlik edənlərdən biri idi

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada avtomobil partlayışında ölüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, dekabrın 22-də səhər saatlarında Moskvanın Yasenevaya küçəsində avtomobilin altına qoyulmuş partlayıcı qurğu işə salınıb. Nəticədə general-leytenant F.Sarvarov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

İstintaq Komitəsi qeyd edib ki, qətllə bağlı istintaq müxtəlif versiyalar irəli sürür. Onlardan biri cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsidir.

Hadisənin təfərrüatlarına gəlincə, “ЕЖ” teleqram kanalının məlumatına görə, partlayış Yasenevaya küçəsindəki yaşayış binasının həyətində, F.Sarvarov “Kia Sorento” markalı avtomobilinə minərkən baş verib. Maşına ciddi ziyan dəyib və general-leytenant nəqliyyat vasitəsindən çıxarılıb. O, çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu qoyulub.


Telegram kanalımız
Seçilən
7
yenisabah.az

1Mənbələr