Krasnoyarsk vilayətində ana uşaqları atıb əyləncəyə gedib, körpə acından həyatını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Evdə günlərlə tək qalan 5 aylıq uşaq həyatını itirib, digərləri xəstəxanalıq olub.
Məlumata görə, Rusiyanın Norilsk şəhərində dəhşətli faciə baş verib. Yerli sakin dörd azyaşlı övladını bir neçə günlüyə evdə tək qoyaraq tanışının yanına gedib.
Mənzildə yeməksiz və nəzarətsiz qalanlar 15, 2 və 1 yaşlı üç qız, həmçinin 5 aylıq oğlan uşağı olub.
Uzunmüddətli aclıq səbəbindən 5 aylıq körpə dünyasını dəyişib. Daha iki uşaq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti dəqiqləşdirilir.
Hazırda Rusiya İstintaq Komitəsi faktla bağlı araşdırma aparır və cinayət işinin açılması məsələsi həll edilir.
Xuraman Etibarlı
İnterpress.az