AZ

Kişi pişiyinin tibbi xərcləri səbəbindən iflas ELAN ETDİ

Ajans.az xəbər verir ki, səkkiz yaşından bəri pişiyi ilə yaşayan Andrey, pişiyin müalicəsinə təxminən 300.000 rubl xərcləyib, lakin Fedyanı xilas etmək mümkün olmayıb. Hadisə 2023-cü ilin oktyabr ayında baş verib. Pişikdə urolitiyaz xəstəliyi aşkarlanıb və baytarlar bir neçə əməliyyat və bahalı müalicə təyin ediblər. Xərcləri qarşılamaq üçün Andrey banklardan borc almağa məcbur olub. Müalicə uğursuz olsa da, kreditlər qalaraq faiz və cərimələrlə birlikdə təxminən 1,2 milyon rubl təşkil edib. Bu səbəbdən Andrey iflas üçün müraciət edib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub və pişik sahiblərinin heyvanların tibbi xərcləri ilə bağlı çətinliklərini yenidən gündəmə gətirib.

Seçilən
35
Ajans.az

1Mənbələr