2025-ci il, kriptovalyutaların əsas axına daxil olacağı və böyük sıçrayışın baş verəcəyi gözləntilərinə baxmayaraq, peşəkar investorlar üçün zərər və məyusluq ili oldu.
Banker.az xəbər verir ki, zərərlər gəlirin yerinə noyabr ayına qədər, bitcoin və digər əsas kriptovalyutaların artım və ya düşüşünə bahis edən fondlar orta hesabla 2,5% zərər edib. Bu, 2022-dən bəri ən pis göstəricidir. Altkoin strategiyaları isə daha da çox itirib — 23%.
Yeganə qaliblər yalnız “bazara neytral” fondlar (arbitraj və hedcləmə) müsbət nəticə göstərib, təxminən 14,4% gəlir əldə edib. Bu fondlar kriptovalyutaların qiymətindən yox, bazarın kiçik səmərəsizliklərindən istifadə edir.
Bloomberg-in yazdığına görə, Böyük institusional oyunçular və ETF-lər asan qazancı bu bazarı “öldürüb”. Volatillik azaldı və köhnə qazanc sxemləri işləmir.
Digər məsələ isə “Tramp faktoru”dur. Agentlik yazır ki, siyasət xaosun əsas mənbəyinə çevrildi. 10 oktyabrda Trampın Çinə 100% rüsum tətbiq etmək hədələri bazarı uşurub. Bitcoin 14% düşdü, treyderlər isə 20 mlrd. dollar bir neçə saatda itirib.
Oktyabr qırılması göstərdi ki, kripto infrastruktur hələ də yetkin deyil. Risk idarəetmə sistemləri işləmədi, likvidlik yoxa çıxıb, birjalar dondu. Hazırda təcrübəli oyunçular belə bu xaosu FTX çökməsi ilə müqayisə edirlər.