AZ

Avstraliyanın baş naziri yəhudi icmasından üzr istəyib

Avstraliya baş naziri Entoni Albanese Sidneydəki Bondi çimərliyində baş verən terror hücumuna görə ölkənin yəhudi icmasından üzr istəyib...

Poliqon xəbər verir ki, baş nazir yəhudilərin hüquqlarını qorumaq üçün hər gün çalışacağını bildirib.

"Baş nazir olaraq, vəzifədə olduğum müddətdə baş verən vəhşiliyə görə ağır məsuliyyət hiss edirəm və yəhudi icmasının və ölkəmizin yaşadıqlarına görə təəssüflənirəm", deyə Albanese qeyd edib.

O bildirib ki, hökumət yəhudilərin təhlükəsizliyini təmin etmək və onların dinlərini yaşamaq, uşaqlarını təhsilləndirmək və Avstraliya cəmiyyətində tam iştirak etmək hüquqlarını qorumaq üçün hər gün çalışacaq.

İki kişi - 50 yaşlı Sajid Əkrəm (polis tərəfindən güllələnib) və 24 yaşlı oğlu Navid, 14 oktyabrda Hanuka bayramı şənlikləri zamanı Bondi çimərliyində atəş açıblar. Əkrəm yaralanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hücum nəticəsində 16 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Polisin məlumatına görə, hücum bir neçə ay əvvəl planlaşdırılıb. Hadisə yerində partlayıcı qurğu tapılıb.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr