AZ

Senatordan Trampa çağırış: Rusiya neft gəmiləri ələ keçirilsin

Kreml Ukrayna ilə bağlı danışıqlardan imtina edərsə, o zaman ABŞ Prezidenti Donald Tramp Rusiya neftini daşıyan gəmiləri ələ keçirmləidir.

Ölkə.az xəbər verir ki, belə bir çağırışla Respublikaçı senator Lindsi Qrem çıxış edib.

Senator eyni zamanda ABŞ-ın “Tomahawk” raketlərini Ukraynaya təhvil verməyə çağırıb.

Qremin sözlərinə görə, ABŞ artıq bir neçə gündür ki, Venesueladan neft daşıyan sanksiyalı gəmiləri ələ keçirir. Buna görə də, onun fikrincə, eyni şey Rusiya nefti daşıyan gəmilərlə də edilməlidir.

Senator həmçinin Ağ Ev rəhbərinin Rusiya neftinin alışına tariflərin tətbiq edilməsi və Ukrayna uşaqlarının oğurlanmasına görə Rusiyanın terrorizmin dövlət sponsoru kimi təyin edilməsi ilə bağlı qanun layihəsini dəstəkləyəcəyini gözlədiyini bildirib.

O eyni zamanda ucuz Rusiya nefti alan Çin kimi ölkələrə tariflər tətbiq etməyi təklif edib.

Mürtəza

Seçilən
79
1
olke.az

2Mənbələr