AZ

Paşinyanın avtobus müxalifəti – Samvel Babayan

Son günlər Ermənistanda Samvel Babayan hakimiyyəti tənqid etməklə yenidən gündəmə gəlib.Sözsüz ki, Azərbaycanda da bu proseslər izlənir və çeşidli şərhlər verilir.

Samvel Babayan bir vaxtlar Qarabağda qondarma qurumun müdafiə naziri olub. Azərbaycanın işğalında bilavasitə iştirak edib. Sonra Rusiyaya getdi. Ermənistana qayıdanda Sarkisyan hakimiyyətdə idi. Onu həbs elədilər.

Nikol Paşinyanın hakimiyyəti ələ keçirəndən sonra Samvel Babayan azad olundu.

Çox keçmədi Qarabağda separatçılar yeni lider (prezident) seçkisinə start verdi. Bu ərəfədə Samvel Babayan səhətinə yaranmış narahatlığı aradan qaldırmaq üçün müalicə olunduğu xəstəxanada Nikol Paşinyan peyda oldu. Məlumat verildi ki, baş nazir İrəvandakı klinikalardan birində çekap müayinə olunub. Sonra baş verənlər göstərdi ki, bu təsadüf deyilmiş.

Səhətində yaranmış problemləri həll edən Samvel Babayanartıq seçkilərə start verilmiş Qarabağa gəldi. Çoxları onun da namizəd olacağını gözləyirdi. Amma o namizəd olmadı, namizədlərdən birinin vəkili oldu.

Yox, bu nə onunla birlikdə Qarabağı işğal edən Vitali Balasanyan, nə ondan ötrü başını dubinkanın altına verən Hayk Xanumyan olmadı. Samvel Babayan beynəlxalq diplomatik mühitdə az-çox tanınan Masis Mailyanın namizədliyini dəstəkləməyə başladı.

Məqsəd aydın idi Qarabağda Vitali Balasanyanın elektoratını parçalamaq. Beləliklə seçkinin ilk üçlüyü belə oldu. Birinci – Arutunyan, ikinci - Mailyan, üçüncü - Balasanyan.

Əslində Nikol Paşinyan məqsədinə çatmışdı. Seçki qərargahının qarşısına Köçəryanıən şəklini vuran Balasanyan seçkini uduzmuşdu.  

Bütün bunlar aprel döyüşlərindən sonra olmuşdu. Aprel döyüşlərini niyə xatırlatdım?

Aprel döyüşlərindən sonra Qarabağdakı ermənilərin “inamını” bərpa etmək üçün məhz Vitali Balasanyan təhlükəsizlik Şurasının katibi təyin olunmuşdu. Və reytinqi yüksək idi.

Araik Arutunyan seçkini uddu. Samvel Babayan təhlükəsizlik şurasının katibi təyin edildi. Sonra müharibə... Samvel aradan çıxdı. Balasanyan yenidən təhlükəsizlik şurasına katib təyin olundu.

Sonra antiterror tədbirləri və ermənilər Qarabağdan getdi.

Son iki ildə Ermənistanda Nikol Paşinyan bütün siyasi rəqiblərini sıradan çıxarmaqda davam edir. Kimisini həbsə atır, kimisinin fəaliyyətini məhdudlaşdırır... Qərb demokratiyası buna göz yumur çünki onlara Paşinyanın hakimiyyəti lazımdır.

Amma belə çox da davam edə bilməz. Alternativsizlik Paşinyanın demokratik imicinə zərər vura bilər. Buna görə də Paşinyan hakimiyyətini “sərt tənqid” edən birinə ehtiyac var. Bu rolu ən yaxşı oynayacaq sima isə elə Samvel Babayandır.

Seçilən
22
herbiand.az

1Mənbələr