AZ

Səbinə Əliyeva: Amnistiya və Əfv qərarlarının icrası humanizm prinsiplərini əks etdirir

Amnistiya və Əfv institutlarının icrası cəza siyasətində humanizm və mərhəmət prinsiplərini əks etdirir.

"Report" xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müəvəkkil, Ombudsman Səbinə Əliyeva Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində Amnistiya aktının icrası zamanı deyib.

O bildirib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir:

"Amnistiya və Əfv qərarlarının icrası cəza siyasətində humanizm, mərhəmət prinsiplərini əks etdirir. Ölkədə Əfv və Amnistiya institutlarının icrası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasəti Prezident İlham Əliyev davam etdirir. Bu gün icrasına başladığımız amnistiya sayca 13-cüdür. Bu günə qədər 10 min nəfərə şamil olunan ən böyük amnistiya aktı Birinci Vitse Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülmüşdü. Əfv və Amnistiya institutlarının icrası həm məhkumları, həm onların ailə üzvlərini sevindirməklə yanaşı, eyni zamanda cəmiyyətə ciddi mesaj verir"

Seçilən
63
far.az

1Mənbələr