AZ

Kavelaşvili: Gürcüstanın xarici siyasət vektorunun alternativi yoxdur

Qonşu ölkələr - Azərbaycan, Ermənistan və Türkiyə, daha sonra BMT Baş Assambleyasında iştirakım və Serbiyaya səfərim mənə xarici siyasət vektorumuzun alternativsiz olduğunu daha da aydın şəkildə göstərdi.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə keçirilən “Səfirlər konfransı 2025” tədbirində çıxışında deyib.

O, gürcü diplomatları Gürcüstanın ticari-tranzit əlaqələrinin inkişafı üçün səylərini əsirgəməməyə çağırıb.

“Ümumi məqsədimiz Gürcüstanın Cənubi Qafqazda əsas regional mərkəz kimi statusunun möhkəmləndirilməsidir. Biz eyni zamanda daha böyük coğrafi məkanların - Asiya, Avropa və Yaxın Şərqin iqtisadi inteqrasiyasına da töhfə verməliyik”, - Kavelaşvili əlavə edib.

Prezident qeyd edib ki, Gürcüstan Orta Dəhlizin yalnız əsas qovşaqlarından biri deyil, həm də əsrlər boyu müxtəlif mədəniyyətlərin dinc şəkildə birgə yaşadığı unikal sivilizasiya dialoqu məkanıdır.

Kavelaşvili Gürcüstanın dövlət maraqlarına əsaslanaraq qonşu ölkələrlə siyasi- iqtisadi əlaqələri möhkəmləndirdiyini vurğulayıb:

“Strateji coğrafi mövqeyimiz həm beynəlxalq əlaqələr, həm də dövlətlərarası layihələrin reallaşdırılması baxımından Gürcüstanın əhəmiyyətini və rolunu daha da artırmağa imkan verir”.

Seçilən
52
apa.az

1Mənbələr