AZ

Bu səhvə yol versəniz, evsiz qala bilərsiniz – Açıqlama

Müəllif: Gülnar Əhmədli, Banco.az

Daşınmaz əmlak və tikinti sektorunda vətəndaşların aldadılmasına, xüsusən də eyni mənzilin bir neçə şəxsə satılması hallarına rast gəlinir. Əvvəllər belə hallar daha tez-tez baş verirdi. Lakin indi də bu kimi problemlərlə üzləşənlər var. Bu hallarla qarşılaşmamaq üçün nə etmək lazımdır?

Alacağımız mənzilin bir neçə nəfərə satılmadığını necə öyrənə bilərik?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc  Banco.az-a açıqlama verib.

Onun sözlərinə görə, artıq Daşınmaz Əmlakın Kadastrı və Reyestrinə daxil olub elektron qaydada müvafiq çıxarışları yoxlanılmaq mümkündür. Həmin çıxarışlar yoxlanıldıqda onun başqa bir şəxsə satılma ehtimalı olmur: “Amma hansı mənzillər ki, müqavilə ilə satılır və onların çıxarışları mövcud deyil həmin mənzillər yəni, müqavilə ilə bir şəxsin adından digər şəxsin adına keçirilən mənzillərin bir neçə nəfərə satılması halları indi də mövcuddur.

Biz dəfələrlə bunu bildirmişik ki, mənzillər mütləq şəkildə notarius tərəfindən alqı-satqı həyata keçirildikdən sonra Dövlət Əmlak Reyestrində müvafiq çıxarışı təmin edildikdə mülkiyyət hüququ bir nəfərdən digərinə keçdiyinə görə satılmış hesab olunur”.

V. Oruc bildirib ki, digər bütün hallar mənzilin satılması faktı demək deyil: “Bu baxımdan maariflənmə işi yüksək sürətlə aparılsa, bu kimi hallar mövcud olmayacaq.

Hal-hazırda hüquq-mühafizə orqanlarında kifayət qədər bu istiqamətdə şikayətlər mövcuddur. Belə hallarla qarşılaşılmamaq, hüquqi məsələləri yoxlamaq üçün konsaltinq şirkətlərinə və yaxud da hüquq şirkətlərinə müraciət edib sənədlərin yoxlanılmasından sonra mənzil alqı-satqısını həyata keçirmək tövsiyə olunur. Belə olan halda bir mənzilin bir neçə nəfərə satılması kimi problem də yaşanmaz. Bu məsələlərdə mütləq hüquqi problemləri əvvəlcə araşdırıb sonra qərar vermək məsləhətdir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
10
banco.az

1Mənbələr