AZ

Aşıq Namiqin yeni iş yeri bəlli oldu

Sənətçi Aşıq Namiq Fərhadoğlu yenidən televiziya ekranlarına qayıdır.

Milli.Az-ın məlumatına görə, aşıq Namiq "Rəngarəng" verilişində qonaq olarkən bildirib ki, "MTV" Azərbaycan kanalı tərəfindən ona veriliş aparmaq təklifi gəlib və hazırda bunun üzərində çalışır:

"Tamaşaçıların qarşısına 2 saatlıq verilişlə çıxacağam," - deyə sənətçi açıqlamasında qeyd edib.

Qeyd edək ki, Aşıq Namiqin yeni verilişi tezliklə efirə çıxması planlaşdırılır və tamaşaçılar üçün maraqlı layihə olacağı gözlənilir.

Milli.Az

Seçilən
71
2
milli.az

3Mənbələr