AZ

Bu gün Budapeştdə nəqliyyatın hərəkətində ciddi problemlərin yaranacağı gözlənilir

Budapeşt, 22 dekabr, AZƏRTAC

Bu gün Macarıstanın paytaxtı Budapeştdə avtodaşıyıcıların etiraz aksiyası səbəbindən nəqliyyatın hərəkətində ciddi problemlərin yaranması ehtimalı var.

AZƏRTAC RTL telekanalına istinadla xəbər verir ki, təxminən iki min yük maşını və arabanın M3 magistral yolundan Budapeştə daxil olması gözlənilir.

Polis günortadan sonra əhəmiyyətli tıxac və nəqliyyat məhdudiyyətləri barədə xəbərdarlıq edir və sürücüləri qeyd olunmuş marşrutdan yayınmağa çağırır. Avtodaşıyıcılar yanvar ayından etibarən gediş haqqının kəskin artırılmasına etiraz edirlər.

Tikinti və Nəqliyyat Nazirliyi artıq yeddi sənaye təşkilatı ilə razılığa gəldiyini iddia edir və şəhərin Yeni il öncəsi sakitliyini poza biləcək etiraz aksiyası ilə bağlı təəccübləndiyini bildirir. Lakin avtodaşıyıcıların həmkarlar ittifaqı qərarında qətiyyətli olaraq qalır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
70
azertag.az

1Mənbələr