AZ

Bakıda bacı qardaş faciəli şəkildə öldülər YENİLƏNİB

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xətai rayonunda yaşadıqları mənzildə iki nəfər dəm qazından zəhərlənərək ölüb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 20-si saat 20:00-da təcili çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd edilib.

***11:00

Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər.

Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Əhmədli qəsəbəsi, Neapol küçəsindəki mənzillərin birində yaşayan 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin Yaralıyev dəm qazından zəhərlənərək ölüblər.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
avtosfer.az

1Mənbələr