AZ

Uçuruma qədər maneəsiz gəldi Təhlükədən son anda xilas oldu Video

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Şabran rayonu ərazisində yerləşən Padar-Rəhimli yolunda təhlükəli vəziyyət hökm sürür.

“Qafqazinfo” xəbər verir ki, yolun bir hissəsini sel suları yuyaraq aparıb. Lakin hazırda avtomobil yolu açıqdır və hərəkətdə olan bəzi nəqliyyat vasitələri selin apardığı yerdə qəfil bitən yoldan çayın yatağına düşə bilər.

Sosil şəbəkədə yayılan görüntülərdən həmçinin məlum olur ki, selin apardığı yola girişi qadağan edən nişanlar yoxdur və avtomobillər uçurumadək maneəsiz gedə bilirlər.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, məsələdən xəbərdardırlar. Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə ərazidə xəbərdarlıqedici nişanlar quraşdırılıb:

“Tərəfimizdən orada xüsusi nişanlar qoyulur. Amma kimlərsə tərəfindən həmin nişanlar götürülərək kənara atılır. Qeyd edilən yolla bağlı artıq müvafiq tapşırıqlar verilib. Yola nəqliyyat vasitəsinin daxil olmağını qadağan edən xüsusi maneələrə gəlincə, hazırda əks tərəfdə həmin maneələr mövcuddur. Lakin görüntüdəki hissədəki maneəni sel suları yenidən təkrarən yuyub aparıb.

Ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi üçün tapşırıqlar verilib. Yolun bərpası ilə bağlı da təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrılan kimi tərəfimizdən həmin istiqamətdə bərpa işləri həyata keçiriləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
qafqazinfo.az

2Mənbələr