Bakı, 22 dekabr, AZƏRTAC
BFMTV telekanalı istintaq materiallarına istinadən Fransanın Luvr muzeyində törədilən soyğunçuluqla bağlı yeni detalları açıqlayıb.
AZƏRTAC xəbər verir ki, soyğun zamanı Luvrdan 8 mindən çox brilyant və 200 mirvari oğurlanıb.
“Həmin an soyğunçuların əlində ümumilikdə 8 zinət əşyasını bəzəyən 8 min 482 brilyant, 35 zümrüd, 34 sapfir və 212 mirvari var idi”, - deyə məlumatda bildirilir.
Oktyabrın 19-da fəhlə geyimində olan naməlum şəxslər avtomobil lifti vasitəsilə Luvr muzeyinə daxil olub və bir neçə dəqiqə ərzində Napoleonun kolleksiyasından 88 milyon avro dəyərində zinət əşyalarını, o cümlədən boyunbağı, broş və tac oğurlayıblar. Onlar qaçarkən 1354 brilyantla bəzədilmiş İmperatriça Yevgeniyanın tacını yerə salıblar. Luvrda oğurlanmış zinət əşyalarının bir hissəsinin darknet vasitəsilə satılmasına cəhd edilib.