"Karvan"ın iranlı legioneri Said İranxan Yevlaxdakı durumundan narazıdı.

Rekord.az-a daxil olan məlumata görə, söhbət həm şəraitdən, həm də maddi durumdan gedir.

Üstəlik, Yevlax təmsilçisinin nəticələri də ürəkaçan deyil və komanda turnir cədvəlinin aşkar autsayderidir. 

Qeyd edək ki, Said müqavilə ilə "Sumqayıt"a məxsusdur və mövsümün sonuna kimi "Karvan"a icarəyə verilib.