Türkiyə səfiri Nuh Yılmaz bu gün – dekabrın 22-də Suriyadakı vəzifəsinin icrasına başlayır.
Publika.az "Türkiye" qəzetinə istinadla xəbər verir ki, Ankara 13 ildən sonra yenidən Dəməşqdə səfir səviyyəsində təmsil olunacaq.
Yılmazın Dəməşqə səfir təyin edilməsi oktyabr ayında elan edilmiş və o, noyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu vəzifəyə təsdiqlənmişdi.
Qəzet yazır ki, "Türkiyənin müvəqqəti işlər vəkili Bürhan Koroğlunun səlahiyyət müddətinin başa çatması ilə Ankara 13 ildən sonra ilk dəfə Dəməşqdə səfir səviyyəsində təmsil olunacaq".
2013-cü ildə Yılmaz Türkiyə Milli Kəşfiyyat Təşkilatına qoşulub və 2023-cü ilə qədər hazırkı xarici işlər naziri Hakan Fidanla birlikdə çalışıb.