AZ

Bu şəxslər üçün də həbsxana həyatı sona çatdı FOTO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Prezidentin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında icra olunub. Bizim.Media xəbər verir ki, cəzaçəkmə müəssisəsindən ilkin olaraq 12 nəfər azadlığa buraxılıb.

 

Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzasının 6 ay azaldılması nəzərdə tutulur.

Amnistiya ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək. Xatırladaq ki, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
8
bizim.media

10Mənbələr